Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

31-03-2024 , 19:40

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

 Yasamal rayon ictimaiyyəti Milli Qəhrəman Murad Mirzəyevi yad edib

Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı, Milli Qəhrəman Murad Mirzəyev doğum günündə Yasamal rayonu ictimaiyyəti tərəfindən məzarı önündə yad edilib. II Fəxri Xiyabanda baş tutan mərasimdə şəhidin ruhuna dualar oxunub, xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə şəhidin keçdiyi şərəfli döyüş yolundan söz açılıb.

Murad Mirzəyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması zamanı Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Anım mərasimində iştirak edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhidin yaxınlarına başsağlığı verdi. Öz növbəsində şəhid Murad Mirzəyevin ailəsinin üzvləri diqqətə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirdilər.

Anım mərasimində YAP rayon təşkilatının, Yasamal Bələdiyyəsinin rəsmiləri, Müdafiə Nazirliyinin nümayəndələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər